
"AFFA-nın strategiyasının əsas məqsədlərindən biri uşaq futbolunun inkişafıdır".
Bunu jurnalistlərə açıqlamasında AFFA prezidenti Rövşən Nəcəf deyib.
O, futbolun məşhurlaşmasının da önəminə toxunub: "Bildiyiniz kimi bizim strategiyamızın ən əsas məqsədlərindən biri uşaq futbolunun inkişafıdır. Eyni zamanda futbolun populyarlaşmasıdır. Həmçinin uşaqların məktəblərdə futbolla məşğul olmasıdır. Futbolla məşğul olanların sayının artırılması da qarşıya qoyulan əsas hədəflərdəndir".