Bakı. Trend:
Azərbaycan nümayəndə heyəti 8-19 sentyabr tarixlərində BirləşmişƏrəb Əmirliklərinin Dubay şəhərində keçirilən Ümumdünya Poçtİttifaqının (ÜPİ) ali qərarverici orqanı olan 28-ci Konqresindəiştirak edir.
Trend xəbərverir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumatyayıb.
Bildirilib ki, hər 4 ildən bir keçirilən Konqresdə ÜPİ-ninBeynəlxalq Bürosunun Baş direktoru və müavini, həmçinin PoçtƏməliyyatları Şurası və Administrativ Şuranın sədr və üzvlərininseçilməsi baş tutur. Bu il ölkəmiz hər iki şuraya namizədliyiniirəli sürüb və seçkilərdə iştirak edir.
ÜPİ-nin ali qərarverici orqanı olan Konqres beynəlxalq poçtxidmətləri sahəsində siyasət və qaydaların formalaşdırıldığı əsasplatforma rolunu oynayır. Beynəlxalq poçt sisteminin gələcəkinkişafını müəyyənləşdirən bu mötəbər toplantıda ÜPİ-nin 192 üzvölkəsinin səlahiyyətli nümayəndəsi iştirak edir, seçkilərprosesində isə qeyd olunan Şuralara ÜPİ-nin 5 region üzrə 41 üzvüseçilir.
Konqresdən əvvəl “EMS AWARDS” mükafatlandırma mərasimikeçirilib. AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMCsəmərəli fəaliyyətinə görə gümüş mükafata layiq görülüb, həmçininmüştəri xidmətləri üzrə də qaliblər sırasında olub.