EN

Naxçıvanda hərbi vəzifəlilərin təlimi başa çatdı

Bu haqda Ajans.az-a  Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, toplanış çərçivəsində ümumqoşun və ixtisas hazırlığı üzrə məşğələlər keçirilib, atıcı silahlardan və qumbaraatanlardan praktiki atış çalışmaları icra olunub, həmçinin günün nizam qaydalarına uyğun fəaliyyətlər yerinə yetirilib.

Hərbi vəzifəlilərə müşahidə dronlarından istifadə qaydaları da göstərilib və müxtəlif tapşırıqlar məşq etdirilib. Sonda toplanış müddətində fərqlənən hərbi vəzifəlilər mükafatlandırılıb.

Chosen
34
25
Ajans.az

10Sources