BAKI, 8 sentyabr. TELEQRAF
Rusiyanın “Novatek” şirkətinə məxsus “Murmansk LNG” layihəsi üçün illik 40 milyard kubmetr qaz ötürəcək Volxov-Murmansk magistral qaz kəmərinin inşasının 2031-ci ildə başa çatdırılacaq.
Teleqraf xəbər verir ki, bu barədə məlumat Rusiya hökumətinin təsdiqlədiyi 2036-cı ilə qədər infrastrukturun inkişafına dair kompleks planda əksini tapıb.
Planda inşaatın başlanğıc ili 2025-ci il göstərilib.
Eyni zamanda qeyd olunub ki, “Şərqi qaz təchizatı sistemi” magistral qaz kəmərlərinin tikintisinin 2030-cu ildə başa çatdırılması planlaşdırılır. Hər iki layihənin icraçısı “Qazprom” şirkəti təyin olunub.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin “Qazprom” və hökumətə Volxov-Murmansk qaz kəmərini 2030-cu ilə qədər inşa edərək istismara verməyi tapşırıb. Məlumata görə, illik 40 milyard kubmetr gücü olan bu kəmərin Rusiyanın şimal-qərb regionlarında qaz nəqliyyat şəbəkəsinin inkişafını təmin edəcəyi və Kareliya ilə Murmansk vilayəti istehlakçılarına qaz tədarük edəcəyi nəzərdə tutulur.