Bir sıra ulduz futbolçularla heyətini gücləndirən “Qalatasaray” bəzi futbolçuları klubdan göndərəcək. Metbuat.az xəbər verir ki, Türkiyə nəhəngi 4 futbolçunu heyətdən göndərmək istəyir. Türkiyə mediasının məlumatına görə, “Qalatasaray” Yusuf Dəmir, Əhməd Kutucu, Metehan Baltacı və Berkan Kutlunu klubdan göndərə bilər. Futbolçular icarə əsasında başqa kluba transfer ola bilər. Türkiyə klublarının 3 futbolçunun xidmətində maraqlı olduğu barədə xəbərlər dərc edilib. Əhməd Kutucu ilə xarici klubların maraqlandığı irəli sürülür.