İspaniya Xarici İşlər Nazirliyi Tel-Əvivdəki səfirini məsləhətləşmələr üçün geri çağırıb.
Teleqraf xəbər verir ki, bu, yəhudi dövlətinin xarici işlər naziri Gideon Saarın Qəzzadakı müharibə səbəbindən İsrailə gedən gəmi və təyyarələrə qarşı yeni tədbirlər görməsi ilə bağlı İspaniya hökumətini antisemitizmdə ittiham etməsindən sonra baş verib.
Saar həmçinin hökumətin bu tədbirlərdən korrupsiya qalmaqallarından ictimai diqqəti yayındırmaq üçün istifadə etdiyini bəyan edib.