EN

Azərbaycanın boks üzrə Olimpiya mükafatçısı dünya çempionatına qələbə ilə başladı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan boksçusu Alfonso Dominqes Liverpulda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
Azərbaycan Boks Federasiyasından Oxu.Az-a bildirilib ki, millinin 90 kiloqramda döyüşən lideri 1/8 finalda almaniyalı Yasse Kislə üz-üzə gəlib.
Yay Olimpiya Oyunlarının bürünc və gümüş mükafatçısı dünya çempionu rəqibinə heç bir şans verməyib. Hər 3 raundu xeyrinə bitirən Dominqes yekunda 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.
O, 1/4 final görüşünə sentyabrın 10-da çıxacaq.
Qeyd edək ki, Azərbaycan millisinin daha 4 boksçusu 1/8 finala adlayıb.
Chosen
28
oxu.az

1Sources