EN

Azərbaycan boksçusu dünya çempionatında almaniyalı rəqibinə qalib gəlib

Azərbaycan boksçusu Alfonso Dominqes (90 kq) İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

"Report"un məlumatına görə, idmançı 1/8 finalda Yasse Kisslə (Almaniya) üz-üzə gəlib.

O, rəqibinə heç bir şans verməyib. Hər 3 raundu xeyrinə bitirən Dominqes yekunda 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.

O, 1/4 final görüşünə sentyabrın 10-da çıxacaq.

Qeyd edək ki, Azərbaycan millisinin daha 4 boksçusu 1/8 final döyüşünə çıxacaq.

"Cebheinfo.az" 

Chosen
27
5
cebheinfo.az

10Sources