EN

Bakıda maşın qəzaları: "Sürücülük vəsiqəsinə xitam verilməlidir"

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi Bakı şəhərində müxtəlif vaxtlarda baş vermiş yol nəqliyyatı hadisələrini paylaşıb və sürücülərə xəbərdarlıq edib.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Video açılmırsa, Youtube kanalımızda baxın

"Sükan arxasına əyləşən hər bir sürücü yollarda diqqətli olmalı, yol nişanlarının tələblərinə uyğun hərəkət etməli, qarşılaşa biləcəyi hər hansı maneəyə görə qəzanın baş verməməsi üçün sürət həddini və hərəkət zolağını düzgün seçməlidir. Həmçinin texniki problemə görə məcburi dayanma zamanı sürücü nəqliyyat vasitəsini yolun hərəkət hissəsindən kənara çəkməli, qəza işıqlarını yandırmalı və xüsusi nişandan istifadə etməlidir".

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi vaxtaşırı özünün sosial media hesablarında Bakı şəhərində baş vermiş yol nəqliyyat hadisələrini əks etdirən videolar paylaşır, sürücüləri diqqətli olmağa çağırır.

Dövlət Statistika Komitəsinin 2025-ci ilin yanvar-iyun ayları üzrə yaydığı məlumata görə, bu müddət ərzində Azərbaycanda 577 yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz azdır.

Məlumatda, həmçinin deyilir ki, bu ilin yanvar-iyun aylarında baş vermiş yol-nəqliyyat qəzaları zamanı 812 nəfər zərər çəkib, onlardan 313-ü həlak olub, məlumatda deyilir.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin yaydığı videoya sosial mediada şərhlər də gəlib.

Bəşir Allahyar adlı istifadəçi yazıb: "Belə hadisələr ona görə baş verir ki, yol tikintisi və şəhərsalmada kompleks sistemli yanaşma yoxdur, sivil ölkələrdəki təcrübəni də istifadə etmirlər. Budur problem".

İlqar İgo adlı istifadəçi isə sürücüləri günahlandırıb. Həmçinin də Mahmud Yusubov.

"Bunların sürücülük vəsiqəsinə ömürlük xitam verilməlidir", -o yazıb.

Chosen
91
bbc.com

1Sources