EN

Türk klubunu coşduran transfer Ulduz futbolçu razı oldu

Metbuat portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Beşiktaş” klubu “Əl-Nəsr”in futbolçusu Aymerik Laportu transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, futbolçunun adı əvvəllər də “Beşiktaş”la hallanmışdı. Bildirilir ki, bundan əvvəl Aymerik Laport "Atletik Bilbao" ilə razılıq əldə edib. “Əl-Nəsr” sənədləri təqdim edənə qədər La Liqada transfer pəncərəsi bağlandığı üçün transfer reallaşmayıb. Bildirilir ki, "Beşiktaş" Laportun agenti ilə əlaqə saxlayıb. Futbolçu əksər ölkələrdə transfer pəncərəsi bağlandığı üçün "Beşiktaş"ın təklifini nəzərdən keçirməyə razılaşıb.

Qeyd edək ki, Aymerik Laportu “Əl-Nəsr”lə müqaviləsi gələn il yekunlaşır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
metbuat.az

2Sources