1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"AFFA-nın strategiyasının əsas məqsədlərindən biri uşaq futbolunun inkişafıdır".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AFFA prezidenti Rövşən Nəcəf 247 saylı məktəbdə futbol meydançasının açılışı zamanı deyib.
O, futbolun məşhurlaşmasının da önəminə toxunub:
"Bildiyiniz kimi bizim strategiyamızın ən əsas məqsədlərindən biri uşaq futbolunun inkişafıdır. Eyni zamanda futbolun populyarlaşmasıdır. Həmçinin uşaqların məktəblərdə futbolla məşğul olmasıdır. Futbolla məşğul olanların sayının artırılması da qarşıya qoyulan əsas hədəflərdəndir".