İsrail ordusu yaxın vaxtlarda Qəzza şəhərinə genişmiqyaslı hücuma keçəcək.
Publika.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu videomüraciətində bildirib.
O, bununla əlaqədar yerli sakinləri oranı dərhal tərk etməyə çağırıb.
"Qəzza sakinlərinə deyirəm: Diqqətlə qulaq asın, sizə xəbərdarlıq edilib, oradan çıxın!", - Netanyahu vurğulayıb.