EN

“WhatsApp”a “Canlı foto” funksiyası gəldi Görüntülər belə göndəriləcək

ain.az bildirir, Metbuat portalına istinadən.

“WhatsApp” fotolarla bağlı yenilik üzərində işləyir.

Metbuat.az xəbər verir ki, “Live Photo” adlı yeni funksiya ilə istifadəçilər “Canlı” rejimdə çəkilmiş animasiyalı fotoları göndərə biləcək. Yenilik “WhatsApp”ın iOS versiyasında müşahidə edilib. “Canlı foto” funksiyası ilə iPhone-la çəkilmiş və fotoşəkildən bir neçə saniyə əvvəlki görüntüləri “WhatsApp”da göndərmək mümkün olacaq. Göndərilən fotoşəkillərdə canlı olduğunu göstərən loqo da olacaq.

Məlumata görə, “Canlı Foto”da audio da yer alacaq. Bildirilir ki, istifadəçi iPhone-un Şəkillər proqramı kimi həm audio, həm də animasiya ilə “WhatsApp”da şəkillər göndərə bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
2
metbuat.az

3Sources