EN

BMT-nin ali komissarı: Qəzza qəbiristana çevrilib

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türk bildirib ki, İsrail hüquqi baxımdan Beynəlxalq Məhkəmənin (BM) qərarlarına əməl etməyə borcludur.

Editor.az xəbər verir ki, Onun sözlərinə görə, İsrail genosid aktlarının qarşısını almaq, genosidə çağırış edənləri cəzalandırmaq və Qəzza zolağında yaşayan fələstinlilərə adekvat humanitar yardım göstərilməsini təmin etməlidir.

Türk vurğulayıb ki, Qəzza hazırda böyük humanitar böhranla üz-üzədir və vəziyyət qəbiristanlığı xatırladır.

//Samir Qurbanov, Editor.az

Chosen
73
editor.az

1Sources