EN

Yelena Zelenskaya və Melaniya Tramp Nyu-Yorkda görüşəcək

Musavat.com xəbər verir ki, Ukraynanın birinci xanımı Yelena Zelenskaya bu ayın sonunda Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyası çərçivəsində ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampla görüşməyi planlaşdırır.

Yerli mediaya görə, Melaniya Tramp Ukraynada keçiriləcək “Birinci xanımlar və cənablar sammiti”nə dəvət alıb, lakin tədbirdə şəxsən iştirak edə bilməyəcək.

Zelenskaya açıqlamasında bildirib ki, Nyu-Yorkda baş tutacaq görüş Kiyevdə müzakirə olunan mövzuları davam etdirmək və ölkələr arasında dialoqu gücləndirmək baxımından mühüm əhəmiyyət daşıyır. 

 

Musavat.com

Chosen
51
15
musavat.com

10Sources