EN

Repetitorluq qadağan oluna bilər? -

Son illərdə repetitorluq təhsil sistemində ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Abituriyentlərin böyük qismi repetitor xidmətlərinə müraciət edir. Repetitorluğun bu qədər aktuallaşması tədrisdə boşluqlardan irəli gəlir, yoxsa daha yüksək nəticə gözləntilərindən?Təhsil eksperti Elçin Süleymanov Metbuat.az-a açıqlamasında bildirib ki, repetitorluğun geniş yayılmasının əsas səbəbi abituriyentlərin yüksək nəticə əldə etmək istəyidir: “Repetitorluq bir çox amildən asılıdır. İlk növbədə, yuxarı bal toplamaq və eyni zamanda perspektivli, reytinqli ali təhsil müəssisələrinə qəbul olmaq üçün repetitor xidmətlərinə ehtiyac yaranır. Düzdür, bu il və əvvəlki illərdə repetitor yanına getmədən kifayət qədər yüksək bal toplayan gənclərimiz də olub. Amma ümumi müşahidə göstərir ki, son iki ildə ciddi şəkildə hazırlaşaraq yüksək nəticə əldə etməyi qarşısına məqsəd qoyan abituriyentlərin əksəriyyəti repetitor xidmətindən istifadə edir”. Ekspert qeyd edib ki, bu prosesi qadağan etmək mümkün deyil:“Yalnız təhsil və qəbul sistemində ciddi dəyişikliklər baş verərsə, repetitorluğun rolu azala bilər. Məsələn, bir çox Qərb ölkəsində ali məktəblərə qəbul birbaşa orta məktəbin nəticələrinə əsaslanır. Orta məktəblərdə standart imtahanların tətbiqi və qəbulun yalnız bir imtahana deyil, illərlə formalaşan göstəricilərə əsasən həyata keçirilməsi təcrübəsi mövcuddur. Belə olan halda repetitor xidmətlərinə ciddi ehtiyac qalmaz. Lakin bizim şəraitdə repetitorluq daha çox test imtahanı sistemi üzərində formalaşıb. Son illərdə açıq tipli sualların, müxtəlif fikir və.s yönümlü yanaşmaların artması isə müəyyən mənada repetitorluğa olan ehtiyacı azalda bilər”.

Ülkər Cəlilzadə / Metbuat.az

Chosen
39
2
metbuat.az

10Sources