Bakı. Trend:
8 sentyabr 2025-ci il tarixində Zaqatala rayonunda “İlham Əliyev– qələbəmizin memarı, sülhün müəllifi” mövzusunda konfranskeçirilib. Zaqatala Rayon İcra Hakimiyyəti və Müharibə, Əmək vəSilahlı Qüvvələr Veüteranları Təşkilatının birgə təşkilatçılığı iləHeydər Əliyev Mərkəzində keçirilən konfransdan öncə Ulu öndərHeydər Əliyevin heykəli önünə gül dəstələri qoyulub, Ümummilliliderin xatirəsi ehtiramla yad edilib.
Trend xəbər verirki, konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsiilə başlayıb. Daha sonra Ulu öndər Heydər Əliyevin vərespublikamızın ərazi bütövlüyü uğrundakı döyüşlərdə həlak olanşəhidlərin xatirəsi bir dəqiqətlik sükutla yad edilib.
Konfransa çıxış edən Zaqatala Rayon İcra Hakimiyyəti başçısınınbirinci müavini Tofiq Əhmədov öncə konfrans iştirakçılarını icrabaşçısı Mübariz Əhmədzadənin adından salamlayaraq konfransın işinəuğurlar arzulayıb.
Tofiq Əhmədov çıxışında Ümummilli liderin, eləcə də HeydərƏliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham ƏliyevinAzərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə diqqət çəkib:
“Heç kimə sirr deyil ki, tarixdə ikinci dəfə müstəqillik qazananAzərbaycan xalqının nicatı, Azərbaycan dövlətçiliyinin inkişafıÜmummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu öndərinyürütdüyü siyasət – Azərbaycanın iqtisadi inkişafına təkan verən“Əsrin müqaviləsi”nin imzalanması, nizami ordununformalaşdırılması, diplomatik əlaqələrin genişləndirilməsi,ölkəmizin beynəlxalq təşkilatlara, dünya arenasına inteqrasiyası,eləcə də, milli həmrəyliyin təmini Azərbaycanı tarixin bütünsınaqlarından üzüağ çıxardı.
Heydər Əliyev həssas kateqoriyadan olan bütün şəxslər kimiveteranlara da daim qayğı və diqqət göstərmiş, onların sosialproblemlərinin həllini, cəmiyyətin ictimai həyatında aktiviştirakının təmin olunmasını daim diqqət mərkəzindəsaxlamışdır.
Qürurvericidir ki, Ulu öndərin siyasəti Prezident İlham Əliyevtərəfindən də uğurla davam etdirilmiş, nəticədə Azərbaycan SilahlıQüvvələri 44 günlük Vətən müharibəsində erməni faşizmini darmadağınedərək işğaldakı torpaqlarımızı azad etmişdir. Müzəffər Ali BaşKomandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən böyük zəfər –“Dəmir yumruq” əməliyyatı dünya hərb tarixinə qızıl hərflə həkkedilmişdir. Əminəm ki, ordumuzun bu şanlı qələbəsi illər, əsrlərsonra da daim ehtiram hissi ilə xatırlanacaq, tədqiq ediləcək,öyrəniləcək və təbliğ olunacaq”.
Konfransada çıxış edən Müharibə, Əmək və Silahlı QüvvələrVeteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Müzəffər Alibaş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlükVətən müharibəsi və 8 Noyabr zəfərinin hərbi-siyasi önəmindən bəhsedib:
“44 günük Vətən müharibəsi və bu müharibə nəticəsində əldəedilən şanlı zəfəri əhəmiyyətli edən çoxsaylı amillərdən biriqələbə nəticəsində erməni faşizminin darmadağın edilməsi, 30 illikişğal probleminə son qoyması oldu. Lakin 8 Noyabr zəfərininəhəmiyyəti bununla yekunlaşmır. Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyevin liderliyi ilə əldə edilən 8 Noyabrzəfərinin ən mühüm nəticələrindən biri də bu qələbənin milliözünütəsdiqimizi təmin etməsi oldu. Azərbaycan bu tarixi zəfərləözünü beynəlxalq aləmdə, dünya xalqları içərisində bir daha təsdiqetdi. Xalqımız sübut etdi ki, heç kim, heç bir qüvvə onun iradəsiniqıra, onu məğlubiyyətlə barışmağa vadar edə bilməz.
Bu gün Azərbaycan Ordusu dünya orduları arasında ilk yerlərdənbirini tutur. Bütün bunlar Müzəffər Ali Baş Komandanın uğuruolmaqla yanaşı, onun xalqımızın, dövlətimizin müdafiə vətəhülkəsizliyinə verdiyi önəmi göstərir.
Azərbaycan bu gün dünyada sülh və təhlükəsizlik ölkəsi kimitanınmaqdadır. Prezident İlham Əliyevin 8 avqust Vaşinqton görüşü,eləcə də Çinə səfəri əsnasında keçirdiyi görüşlər, verdiyibəyanatlar dövlətimizin diplomatik səfəri, siyasi qələbəsi kimidəyərləndirilməlidir.
İnanıram ki, xalqımız bugünə qədər olduğu kimi bundan sonra daPrezidentimizi dəstəkləməkdə, onun ətrafında sıx birləşməkdə davamedəcək, həmrəyliyimiz gələcək uğurlarımız üçün zəminformalaşdıracaq”.
Konfransda çıxış edən Zaqatala Rayon Ağsaqqallar Şurasının sədrmüavini Tahir Məmmədov, Gənclər və idman sektorunun müdiri ArazƏliyev, Vətən müharibəsi əlili Nurlan Mazanov çıxış edərəAzərbaycan dövlətinin inkişaf tarixi və Prezident İlham Əliyevinrəhbərliyi ilə Ordumuzun Vətən müharibəsindəki qəhrəmanlığındandanışıblar.
Konfransımn sonunda rayon ziyalısı İbrahim İbrahimovun Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Zaqatala RayonTəşkilatına namizədliyi irəli sürülüb və bu təklif yekdilliklədəstəklənib.