EN

Tiflis qarışdı: İqtidarla müxalifət əlbəyaxa döyüşə çıxdı


Musavat.com xəbər verir ki, Gürcüstan paytaxtı Tiflisdə hakim partiya “Gürcü Arzusu”nun tərəfdarları ilə müxalifətçilər arasında gərginlik yaşanıb.

Şəhərin mərkəzində keçirilən aksiyada tərəflər arasında sözlü atışma daha sonra fiziki toqquşmaya çevrilib. Hadisə yerinə polis qüvvələri cəlb olunub. Hüquq-mühafizə orqanları qarşıdurmanın böyüməsinin qarşısını almağa çalışır.

Məlumata görə, insidentlə bağlı artıq araşdırmalara başlanılıb. 


Chosen
25
2
nuh.az

3Sources