Xəbər verdiyimiz kimi, sentyabrın 6-sı axşam radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuzun Kərimli kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, “Nissan” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində ağır vəziyyətdə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən sürücü Ağdam rayon sakini 33 yaşlı Aygün Quliyeva ötən gün axşam saatlarında vəfat edib.
Qeyd edək ki, qəza nəticəsində avtomobildə olan sərnişin Sumqayıt şəhər sakini, 31 yaşlı Arifə Səlimova aldığı ağır xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu