EN

Kosovo İsveçi məğlub etdi, İtaliya İsrailə qalib gəldi - DÇ-2026

Bakı. Trend:

DÇ-2026-nın seçmə mərhələsində 4 qrupda 7 oyun keçirilib.

Trend-in məlumatına görə, B qrupunda Kosovo İsveçi 2:0 hesabıilə məğlub edərək sürprizə imza atıb, İsveçrə isə Sloveniyaüzərində 3:0 qalib gəlib.

C qrupunda Belarus Şotlandiyaya (0:2), Yunanıstan isəDanimarkaya (0:3) uduzub.

L qrupunda Farer adaları Cəbəlüttariqi 1:0 hesabı ilə məğlubedib, Xorvatiya isə Monteneqronu darmadağın edib – 4:0.

I qrupunda isə İtaliya İsrailə qarşı qonaq oyununda 5:4 hesabıilə qalib gəlib.

Chosen
104
az.trend.az

1Sources