EN

Elektromobillər üçün sürətli şarj rekordu müəyyən olundu

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Mercedes-AMG" şirkəti GT XX konseptual avtomobilində 1 meqavatlıq (1000 kVt) enerji doldurma texnologiyasını uğurla sınaqdan keçirərək, elektromobillərdə şarj sürəti üzrə yeni rekord müəyyən edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Arena EV" məlumat yayıb.

Məlumata görə, sınaq zamanı prototip şarj sisteminə qoşulduqdan cəmi yarım saniyə sonra yığım sürəti 1041 kVt-a çatdırılıb.

Bir dəqiqə ərzində elektromobilə 17,3 kVt/saat enerji ötürülüb ki, bu da təxminən 125 km məsafəyə gedişi təmin edir. Bu şarj sürəti ilə elektromobil 500 km məsafəni qət etmək üçün lazımi enerjini cəmi dörd dəqiqəyə əldə edə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
29
4
oxu.az

5Sources