EN

“Qreta Tünberq flotiliyası”nın flaqman gəmisi dronla vuruldu - VİDEO

BAKI, 9 sentyabr. TELEQRAF

İsrailin Qəzza Zolağına tətbiq etdiyi dəniz blokadasını yarmağı hədəfləyən “Qreta Tünberq flotiliyası”nın flaqman gəmisi dronla vurulub.

Teleqraf xəbər verir ki, hadisə flotiliyanın yan aldığı Tunisin Sidi-Bu-Səid limanında baş verib.

Hücumdan sonra gəminin sərnişin və ekipaj üzvləri üçün təhlükənin olmadığı bildirilir.

Qeyd edək ki, “Ailə” adlanan gəmi Qreta Tünberq və digər aktivistlər üçün nəzərdə tutulmuşdu.

Yayılmış videogörüntüdə gəmidə yanğının baş verdiyi əks olunub.

Chosen
24
teleqraf.com

1Sources