EN

Bu ölkədə üsyan başladı: Vəziyyət qarışdı

News24 portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Nepalın paytaxtı Katmanduda sosial media platformalarına tətbiq edilən bloklamadan sonra on minlərlə insan küçələrə çıxaraq etiraz aksiyası keçirib.

News24.az xəbər verir ki, etirazçılar "Facebook", "X" (əvvəllər Twitter) və "YouTube" platformalarının bloklanmasına etiraz edərək parlament binasını mühasirəyə alıblar. Polis xəbərdarlıqlara baxmayaraq, geri çəkilməyən nümayişçilərlə toqquşub.

Polisin sərt tədbirləri nəticəsində etirazlar zorakılığa çevrilib. Hadisələr zamanı 13 nəfər həyatını itirib, çox sayda insan yaralanıb. Katmandu regional hakimiyyəti insidentdən sonra komendant saatı elan edib.

Etirazçılar hökumət əleyhinə şüarlar səsləndirərək sosial media qadağasının ləğvini tələb ediblər. Nepalın rabitə naziri Prithvi Subba bildirib ki, polis gözyaşardıcı qaz, dəyənək və rezin güllələrdən istifadə etməyə məcbur olub.

Aqil

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
1
news24.az

2Sources