EN

16 il xəstəliyə görə məzuniyyətdə olan müəllim 1 milyon avro maaş aldı

BAKI, 9 sentyabr. TELEQRAF

Almaniyada 16 il xəstəliyə görə məzuniyyətdə​ olan müəllim bu müddət ərzində tam maaş alıb.

Teleqraf xəbər verir ki, Şimali Reyn-Vestfaliya əyalətinin Vezel şəhərindəki peşə kollecinin müəllimi 2009-cu ildən xəstəlik məzuniyyətində olub, bu müddətdə hər ay müntəzəm olaraq təxminən 6100 avro məbləğində maaş alıb.

Ümumilikdə 16 il ərzində ona təxminən 1 milyon avro ödənilib. Məktəbin yeni rəhbərliyi ondan tibbi müayinədən keçməyi tələb etdikdən sonra, müəllim rəhbərliyə qarşı məhkəmə iddiası qaldırıb, lakin məğlub olub.

Hakim yaranmış vəziyyəti “ağlasığmaz” adlandırıb. Almaniya qanunlarına görə, müəllimlər dövlət qulluqçularına bərabər tutulur və xəstəliyə görə müddətsiz məzuniyyətdə​ olarkən tam maaş almaq hüququnu saxlayırlar. Lakin məhkəmə müəyyən edib ki, qadın işdə olmadığı müddətdə tibbi startap yaradıb, bu isə qanunvericiliyin ciddi şəkildə pozulması hesab olunur.

Chosen
20
teleqraf.com

1Sources