EN

Qərb Ukraynada “hava qalxanı” yaradılmasını müzakirə edir

Avropa Ukrayna münaqişəsinin diplomatik yolla həllinin mümkünlüyünə inanmır və buna görə də ABŞ-ın köməyi ilə Ukrayna səmasında “hava qalxanı” yaratmaq istəyir.

Publika.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

“Hazırda Amerikanın Ukrayna üçün “hava qalxanı”nın köməyi ilə “de-fakto atəşkəs”in yaradılması haqqında danışılır”, - nəşr yazır.

Ehtimal olunur ki, bu qalxan Ukraynanın hava hücumundan müdafiəsini gücləndirə və səmanı pilotsuz təyyarələrin üzünə bağlaya bilər.

Bundan əlavə, avropalılar ölkəyə dənidən dəstək verməyi təklif edirlər. “Yəqin ki, Avropa təyyarədaşıyan gəmilərin yerləşdirilməsini də müzakirə edir", - deyə bildirilib.

Chosen
23
publika.az

1Sources