EN

ABŞ Hərbi Hava Qüvvələri yeni nəsil döyüş PUA-sını sınaqdan keçirib

YFQ-42A adlı pilotsuz aparat “Collaborative Combat Aircraft” proqramı çərçivəsində hazırlanıb və F-22, F-35 qırıcılarının döyüş imkanlarını gücləndirməsi nəzərdə tutulur...

Poliqon xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri (HHQ) ən müasir döyüş pilotsuz uçuş aparatının - YFQ-42A modelinin sınaq uçuşunu həyata keçirib. Bu aparat Collaborative Combat Aircraft (CCA) proqramı çərçivəsində hazırlanıb. Layihənin əsas məqsədi yeni nəsil PUA-ların döyüş aviasiyası ilə birlikdə fəaliyyət göstərməsi və ABŞ-ın hava gücünü daha çevik, uzaqmənzilli və səmərəli hala gətirməsidir.

ABŞ HHQ-nin qərargah rəisi general Devid Olvin proqramın əhəmiyyətini vurğulayaraq bildirib ki, CCA layihəsi hərbi əməliyyatlarda vəziyyətin dəyərləndirilməsinə yeni imkanlar açır, həmçinin döyüş tapşırıqlarının çevikliyini və dağıdıcılıq gücünü artırır. Onun sözlərinə görə, insan və maşın arasında qarşılıqlı əməkdaşlıq gələcək hərbi doktrinaların əsas istiqamətlərindən biri olacaq.

Məlumata görə, YFQ-42A döyüş PUA-sı ABŞ-ın beşinci nəsil qırıcıları F-22 və F-35 üçün mühüm dəstək vasitəsinə çevriləcək. Bu aparatların üzərinə əlavə silah yükü götürülərək, qırıcıların xarici asqılardan asılılığı azaldılacaq, nəticədə onların radarda görünməzlik (stealth) imkanları gücləndiriləcək. Bundan başqa, pilotsuz aparatların istifadəsi ABŞ-a həm arsenalı sürətlə genişləndirmək, həm də xərcləri aşağı salmaq imkanı verəcək.

Proqramın ilkin mərhələsində General Atomics və Anduril Industries şirkətləri iştirak edib. Onların prototipləri hələ 2024-cü ilin mayında yerüstü sınaqlardan keçirilib. ABŞ HHQ isə 2026-cı maliyyə ilində PUA-ların kütləvi istehsalına başlamaq barədə qərar verməyi planlaşdırır.

Poliqon.info

Chosen
5
poliqon.info

1Sources