EN

Sakit okeanda 6,4 maqnitudalı zəlzələ baş verib

Yeraltı təkanlar Fidji və Vanuatu adaları yaxınlığında qeydə alınıb, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib...

Poliqon xəbər verir ki, Sakit okeanda, Fidji və Vanuatu adaları yaxınlığında 6,4 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.

Mərkəzin açıqlamasına görə, zəlzələnin episentri Fidji paytaxtı Suvadən 591 kilometr cənub-qərbdə, Vanuatudakı İsanqel şəhərindən isə 489 kilometr şərqdə yerləşib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə müəyyən olunub.

Qeyd edək ki, son günlər dünyada bir sıra güclü seysmik hadisələr baş verib. 7 sentyabrda Türkiyənin Balıkəsir vilayətində 4,9 maqnitudalı, 5 sentyabrda isə Sakit okeanın Kamçatka sahillərində 5,3 maqnitudalı zəlzələ qeydə alınmışdı.

Bundan öncə, 30 iyulda Kamçatka sahillərində 8,8 maqnitudalı güclü zəlzələ baş vermişdi. Bu hadisə regionda 1952-ci ildən bəri qeydə alınan ən güclü seysmik təkan olmuş, ərazidə fövqəladə hazırlıq rejimi tətbiq edilmişdi. Həmin zəlzələ nəticəsində Sakit okeanda sunami yaranmış, Yaponiya, ABŞ və Filippin də daxil olmaqla bir sıra ölkələrdə təhlükə elan olunmuşdu.

Poliqon.info

Chosen
85
poliqon.info

1Sources