Şirvanda sahibkarı qətlə yetirməkdə təqsirləndirilən Elşən İslamovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmədə araşdırılacaq.
Â
Qeyd: Hadisə 2023-cü ilin sentyarbında Şirvan şəhərində baş verib. Çılpaqlı qəsəbəsində mağaza işlədən Yavər Bağırov tanışı E.İslamov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
İttihama görə, E.İslamov Y.Bağırovun qəsəbə ərazisində yerləşən mağazasının arxasındakı torpaq sahəsinə xərc çəkərək abadlaşdırıb və həmin əraziyə ağaclar əkib.
Daha sonra zərərçəkən şəxs həmin torpaq sahəsinin ona aid olduğunu və sözügedən əraziləri öz adına sənədləşdirəcəyini deyib. Belə olduqda E.İslamov ondan torpaq sahəsinə çəkdiyi xərci tələb edib, lakin Y.Bağırov onun çəkdiyi xərci ödəməyib.
Məhkəmə istintaqı zamanı məlum olub ki, hər iki şəxs arasında baş verən münaqişə illərlə davam edib.
İttihamda təqsirləndirilən şəxsin zərərçəkəni öz mağazasında boyun nahiyəsindən bıçaqlayaraq qətlə yetirdiyi bildirilib.
E.İslamova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Â
Kamal MÉ™mmÉ™dovÂ