EN

Məhkəmə spirtli içki məhsulları satan şirkətin əməkdaşı ilə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən Qafar Budaqovun (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, zərərçəkmiş MMC-nin apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, Qafar Budaqov Bakıda MMC-lərin birində satış təmsilçisi kimi işləyib və ona etibar edilən malların və pul vəsaitlərinin qorunub saxlanılmasına görə birbaşa məsuliyyət daşıyıb. Lakin o, öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, təxminən 2021-ci ildən 2023-cü ilədək şirkətə məxsus spirtli içki məhsullarını mənimsəyib.


Belə ki, Qafar müəyyən satış məntəqələrinə çatdırmalı olduğu malları bilinməyən şəxslərə sataraq 31 802,80 manat pul qazanıb. Bundan əlavə, satışlardan əldə etdiyi 16 206,34 manat pulu da şirkətin kassasına ödəməyərək öz şəxsi ehtiyacları üçün xərcləyib. Nəticədə, bu əməllərindən dolayı şirkətə ümumilikdə 48 009,14 manat məbləğində ziyan vurub və xeyli miqdarda əmlakı mənimsəmə və israf etmə yolu ilə talayıb.
 

O, istintaq dövründə həmin məbləğin 20 000 manatını ödəyib.

 

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Qafar Budaqov 2 il müddətə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxsin uşaqları on dörd yaşlarına çatanadək ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilməsi təxirə salınıb.

Kamal Məmmədov 

Tarix: 9 Sentyabr 2025, 09:06   
Chosen
8
pravda.az

1Sources