EN

Tailandın keçmiş baş naziri azadlıqdan məhrum edilib

Bakı. Trend:

Tailand ali məhkəməsi 2001-2006-cı illərdə ölkənin baş naziriolmuş Taksin Çinavatanı “cəza müddətinin xəstəxanada keçirilməsininqanuniliyi” işi üzrə bir il müddətinə azadlıqdan məhrum edib.

Trend xəbər verirki, bu barədə xarici KİV-də məlumat yayılıb.

Məlumata görə, məhkəmə işlə saat yarım ərzində tanış olub və çoxkeçmədən müvafiq hökm çıxarılıb. Məhkəmədə eyni zamanda üç həkim dəcəzalandırılıb, onlardan birinə həbs cəzası kəsilib, digər ikisininlisenziyası ləğv olunub.

Məhkəmə araşdırması zamanı məlum olub ki, onlar qəsdən ədliyyəorqanlarına keçmiş baş nazirin sağlamlıq durumu ilə bağlı yanlışməlumat veriblər, belə ki, öncəki həbsi zaman Çinavatının vəziyyətiheç də ağır olmayıb.

Məqalədə:
Chosen
56
az.trend.az

1Sources