Azərbaycanda mal əti bahalaşıb.
Bizim.Media xəbər verir ki, qəssablar yeni qiymətlərlə mal ətinin 1 kilosunun 16-17, quzunun isə 20-21 manat olduğunu bildirirlər.
Qəssabların sözlərinə görə, xüsusilə mal ətində müşahidə olunan qiymət artımı rayonlarda heyvanların baha olması ilə əlaqəlidir:
“Alıcı qüvvəsi də yoxdur. Camaat ət ala bilmir. Çox bahadır”.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə ət və ət məhsulları demək olar ki, hər ay bahalaşıb. İlin yanvar-iyul aylarında qiymətlər 2024-cü ilin eyni dövrünə nisbətən orta hesabla 6,8 faiz artıb.
Ətraflı “Baku TV”nin süjetində:
Bizim.Media