EN

Rusiya Donbasda genişmiqyaslı hücuma hazırlaşır

Rusiya işğalçı qüvvələri Donbasda genişmiqyaslı hücuma hazırlaşır. Ruslar artıq Donetsk vilayətində Slavyansk və Kramatorska gedən logistik marşrutlara tam nəzarət etmək üçün imkanlar axtarmağa başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə ukraynalı hərbi zabit Stanislav Bünyatov məlumat verib.

Onun sözlərinə görə, bu yollar cəbhədən nisbətən uzaqda yerləşdiyindən həmin əraziləri atəş altında saxlamaq çətindir:

“Hər şeyə baxmayaraq, Ukrayna Donbasının genişliyi manevrlər və effektiv döyüş əməliyyatları üçün imkanlar yaradır, buna görə də cəbhədə iflic və xaotik geri çəkilmə olmayacaq”.

Chosen
26
3
konkret.az

10Sources