Yaxın gələcəkdə Amerika tərəfi ilə "Tramp yolu"nun həyata keçirilməsi ilə bağlı müzakirələr planlaşdırılır.
APA xəbər verir ki, bu barədə "Azadlıq Radiosunun" erməni xidmətinə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib.
Onun sözlərinə görə, amerikalıların İrəvana səfəri və aparılan müzakirələr barədə yaxın vaxtlarda məlumat veriləcək.