EN

Prezident Beyin Mərkəzləri Forumunun iştirakçılarına müraciət edib

Prezident İlham Əliyev Bakıda keçirilən AQEM-in Beyin Mərkəzləri Forumunun toplantısının iştirakçılarına müraciət ünvanlayıb.

Müraciəti Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev səsləndirib.

Prezident tədbirin Azərbaycanda keçirilməsindən məmnunluq duyduğunu qeyd edib.

Müraciətdə Qlobal Cənubun əhəmiyyətli qərarların qəbulunda kifayət qədər təmsil olunmaması vurğulanıb, Azərbaycanın istər Qoşulmama Hərəkatında, istərsə də COP29-da Qlobal Cənub ölkələrinin maraqlarının qorunmasında məhsuldar fəaliyyəti qeyd olunub.

Dövlət başçısı BMT-nin Təhlükəsizlik Şurasında Qlobal Cənub ölkələrinin təmsil olunmasının vacib olduğunu vurğulayıb.

AzPost.az

Chosen
29
1
azpost.info

2Sources