EN

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,83 ABŞ dolları və ya 1,23% artaraq 68,31 ABŞ dollarına çatıb. 

Eyni zamanda, Türkiyənin Ceyhan limanında FOB bazasında bu neft markasının qiyməti 0,83 ABŞ dolları və ya 1,25% artaraq 66,84 ABŞ dolları olub.

Beynəlxalq bazarda "Brent" markalı neftin noyabr fyuçersləri isə son hərracların nəticələrinə əsasən 66,42 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dolları məbləğində nəzərdə tutulub.

 "Azeri Light" markalı neftin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də – 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyul ayında – 149,66 ABŞ dolları səviyyəsində qeydə alınıb.

Azərbaycan nefti əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil olunur. Layihədə Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın payı 31,65% təşkil edir.

Chosen
21
4
anews.az

10Sources