EN

Almaniyada məcburi xidmətlə bağlı qalmaqal: Ölməkdənsə, işğal olunmaq yaxşıdır

Hökumətin 2026-cı ildən orduda şəxsi qeydiyyatı tətbiq etmək planları fonunda Almaniyada hərbi xidmətin qaytarılması ilə bağlı müzakirələr geniş vüsət alır...

Poliqon xəbər verir ki, mühafizəkar CDU/CSU bloku illik xidmətin bərpasını təklif edir, lakin gənclər arasında bu ideya kəskin şəkildə rədd edilir.

BILD podkastında Bundesver zabiti və məcburi xidməti dəstəkləyən bloger David Matej və "Niyə mən heç vaxt ölkəm üçün vuruşmayacağam" kitabının müəllifi yazıçı Ole Niemojen arasında debat baş tutub.

Matej izah edib: "Mən orduya pul üçün getdim, amma demokratiya üçün qaldım".

Niemojen isə bildirib: "Mən müharibəyə getməyə hazır deyiləm, mənim bir həyatım var və dövlət buna dəyməz".

Mübahisə yazıçının açıqlaması ilə daha da böyüüb: "İşğal olmaq ölü olmaqdan yaxşıdır".

Cavabında Matej bu cür bəyanatları təhlükəli adlandırıb və bunun demokratiyanın müdafiəsindən getdiyini vurğulayıb.

2025-ci ildə aparılan sorğuya görə, gənc almanların 70%-i məcburi xidmətin əleyhinədir.

Bundan əvvəl Bavariyanın baş naziri və Xristian Sosial Birliyinin (CSU) lideri Markus Söder bildirib ki, Almaniya əmək qabiliyyətli ukraynalıların öz ölkələrində təhlükəsizliyin təmin edilməsinə kömək edə bilmələri üçün vətənlərinə qaytarılması imkanlarını nəzərdən keçirməlidir. Eyni zamanda o, Almaniyanın Ukraynaya hərbi qüvvələrini göndərməsinə qarşı çıxıb və Rusiyanın buna razı olmayacağını bildirib.

Poliqon.info

Chosen
58
poliqon.info

1Sources