EN

Şirkətin 45 minini mənimsəyən şəxs məhkəmə zalından HƏBS OLUNDU

Ajans.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz olunub və Kərim Nəbisoy məhkəmə iclas zalında dərhal həbs edilib. İttiham aktına əsasən, təqsirləndirilən Kərim Nəbisoy 6 iyul 2021-ci ildən 31 yanvar 2024-cü ilədək MMC-lərin birinin Quba filialında satış üzrə nümayəndə vəzifəsində işləyib. O, müqavilə və əmək müqaviləsinə əsasən onun vəzifələri arasında sifarişlərin qeydə alınması, vaxtında çatdırılmasına nəzarət edilməsi, satış məntəqələrində maddi vəsaitlərə cavabdehlik, müştərilərdən daxil olan pulların tam şəkildə şirkətin xəzinəsinə ödənilməsi kimi öhdəliklər olub.
Chosen
11
2
Ajans.az

5Sources