EN

Azərbaycanda bu nazirliklərin birləşəcəyi GÖZLƏNİLİR

Azərbaycanda dövlət idarəetməsində yeni islahat dalğasının başlanacağı gözlənilir. Məlumata görə, yaxın aylarda iki nazirliyin birləşdirilməsi və bir sıra dövlət komitələrinin ləğvi nəzərdə tutulur. Hələlik detallar açıqlanmayıb və bu istiqamətdə müzakirələrin aparıldığı bildirilir.

Məqsəd dövlət xərclərinin azaldılması, idarəetmənin daha çevik və funksional hala gətirilməsidir.

Publika.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Modern.az-a açıqlamasında deyib ki, institusional islahatlar Azərbaycanın idarəetmə modelində hər zaman prioritet olub:

"Əvvəlki dövrlərdə bəzi qurumların birləşməsi, həm də yeni qurumların yaradılmasını müşahidə etmişik. İslahatların fəlsəfəsinə, həm də yerli və qlobal çağırışlara uyğun olaraq, bu istiqamətdə qərarlar verilir. Biz struktur islahatlarının hər zaman prioritet olduğunu görürük. Bununla bağlı hökumətdə qiymətləndirmələr aparıldıqdan sonra qərarlar verilir. Ümumiyyətlə, idarəetmədə çevikliyin artırılması üçün institusiyonal islahatların davamlılığı, həm də elektron xidmətlərdən daha çox istifadə əsas hədəflərdəndir".

Deputat qeyd edib ki, bu istiqamətdə işlər davam edir: "Çünki iqtisadiyyat ağarması, islahatların dərinləşməsi, institusional idarətetmədə də yeni baxışı zəruri edir. Bu kontekstdən iqtisadi islahatlar davam edir. Ona görə də növbəti dövrlərdə də belə islahatların həyata keçirilməsini görəcəyik".

Chosen
37
15
publika.az

10Sources