EN

Tanınmış futbolçunu icarəyə göndərdi - “Fənərbaxça”

Türkiyə millisinin yarımmüdafiəçisi Cengiz Ündər yaxın vaxtı yeni komandasında keçirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə “Fənərbaxça”nın rəsmi saytı məlumat yayıb.

“Klubumuz “Beşiktaş”la mövsümün sonuna qədər satın alma şərti ilə icarə əsasında razılığa gəlib. Futbolçumuza zədəsiz mövsüm arzulayırıq” – deyə, klubun mətbuat xidmətindən bildirilib.

Cengiz Ündər ötən mövsüm 25 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib (“Fənərbaxça”da 10 oyun, “Los Anceles”də 15 oyun). Futbolçu qasıq nahiyəsindən aldığı zədə səbəbindən 2 ay meydanlardan uzaq qalıb.

28 yaşlı futbolçu karyerası ərzində “Roma”, “Lester” və “Marsel” kimi klublarda da çıxış edib. Onun bazar dəyəri 7,5 milyon avro olaraq qiymətləndirilir.

Chosen
10
sportinfo.az

1Sources