EN

Bakıda yanğın oldu

BAKI, 9 sentyabr. TELEQRAF

Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının zirzəmisində quraşdırılan elektrik lövhəsində 1 ədəd elektrik sayğacı, 2 ədəd qoruyucu açar və 2 paq.m kabel yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Zirzəmi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan əlavə, Bakı şəhərinin Binəqədi rayonunda “Ford” markalı yük avtomobilinin kabinə hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Chosen
80
teleqraf.com

1Sources