EN

Gəncədə hava limanından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

 Hava Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində sərnişinlərə məxsus çamadandan oğurluq etməkdə şübhəli bilinən, 39 yaşlı Tahir Sayadov saxlanılıb. 

Bu barədə Operativ Media-ya DİN-dən məlumat verilib.

Araşdırmalar zamanı məlum olub ki, T.Sayadov yükləmə zamanı çantadan ümumi dəyəri 10.000 manat olan qızıl-zinət əşyalarını oğurlayıb.

Məhkəmənin qərarı ilə T. Sayadov barəsində həbs qətimkan tədbiri seçilib. 

Araşdırma aparılır.

Chosen
45
40
operativmedia.az

10Sources