EN

Xabi Alonso La Liqada avqust ayının ən yaxşısı seçildi

Madrid “Real”ına rəhbərlik edən Xabi Alonso futbol üzrə İspaniya La Liqasında 2025-ci ilin avqust ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Madrid təmsilçisi avqustda ölkə çempionatı çərçivəsində keçirdiyi 3 oyunun hamısında qalib gəlib.

Xatırladaq ki, Xabi Alonso bu yay “Bayer”lə (Almaniya) müqaviləsinə Leverkuzen klubu ilə qarşılıqlı razlıq əsasında erkən surətdə xitam verərək, “Real”ın sükanı arxasına keçib. Alonso “qaymaqlılar”ın baş məşqçisi vəzifəsində 65 yaşlı italyan mütəxəssis Karlo Ançelottini əvəzləyib. Ançelotti isə Braziliya millisinin sükanı arxasına keçib.

Alonso “Real”la müddəti 2028-ci ilin yayına kimi nəzərdə tutulmuş müqavilə imzalayıb. O, Madrid təmsilçisini indiyə qədər bütövlükdə 9 oyuna çıxarıb, 7 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət görüb.

Xatırladaq ki, Xabi Alonso “Bayer”i 2022-ci ilin oktyabr ayından çalışdırırdı. İspan mütəxəssisin “əczaçılar”la müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuşdu. Lakin o, məhz “Real”dan aldığı təklifə görə Almaniya klubundan erkən ayrılmağa qərar verib.

“Bayer” 43 yaşlı Alonsonun məşqçilik karyerasında çalışdırdığı ilk yüksək səviyyəli klub idi. Buna qədər Alonso “Real” və “Real Sosyedad”ın müxtəlif alt sistemlərində çalışmışdı.

Xabi futbolçu karyerası ərzində “Real Sosyedad”, “Liverpul”, “Real” və “Bayern”də çıxış edib.

2023/2024-cü illər mövsümündə Alonsonun çalışdırdığı “Bayer” Almaniya Bundesliqasının qalibi olub. “Əczaçılar” həmçinin Almaniya Kubokunun finalında “Kayzerslautern”i 1:0 hesabı ilə məğlub edərək, ölkə kubokunu qazanıblar. Qitə miqyasında isə “Bayer” uğurla çıxış etdiyi Avropa Liqasının finalına yüksəlib və burada gözlənilmədən “Atalanta”ya 0:3 hesabı ilə məğlub olub.

Alonsonun “Bayer”i 2023/2024 mövsümündə 51 oyundan ibarət məğlubiyyətsiz oyunlar silsiləsinə nail olub ki, bu da mütləq Avropa rekordudur.

2024/2025-ci illər mövsümündə Xabi “Bayer”ə Almaniya Super Kubokunu qazandırıb.

error: Məzmun qorunur!
Chosen
32
2
arena.az

10Sources