EN

Joze Mourinyonun danışıqlara başladığı klub bəlli oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Nunu Eşpirti Santu ilə yolları ayıran İngiltərənin "Nottingem Forest" klubu Joze Mourinyo ilə danışıqlara başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobusk məlumat yayıb.
Bildirilib ki, ilkin variant kimi "Tottenhem"in sabiq çalışdırıcısı Anqelos Postekoglu göstərilir.
Lakin əsas namizəd "Fənərbağça"dan ayrılan Joze Mourinyodur.
Tərəflər arasında ilkin danışıqlar müsbət başa çatsa da, yekun qərar verilməyib.
Qeyd edək ki, "Nottingem Forest" bir müddət əvvəl müqaviləsini 2028-ci ilə qədər uzatdığı Nunu Eşpiritu Santunu istefaya göndərib. Klub hazırda Premyer Liqada 4 xalla 10-cu pillədə qərarlaşıb.
Chosen
52
2
oxu.az

3Sources