Ümumi (9 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün elektron qeydiyyat prosesinə 10 sentyabr saat 11:00-da start veriləcək.
Mia.az xəbər verir ki, qəbul olunmuş şəxslər http://portal.edu.az saytında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.