Azərbaycanın kişilərdən ibarət basketbol milli komandasının 2029-cu ildə keçiriləcək Avropa çempionatındakı oyun cədvəli müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası tərəfindən məlumat verilib.

Yığmamızın təqvimi belədir:

2025-ci il

27 noyabr

Makedoniya - Azərbaycan

30 noyabr

Azərbaycan - Lüksemburq

2026-cı il

27 fevral

İrlandiya - Azərbaycan

2 mart

Azərbaycan - Makedoniya

2 iyul

Lüksemburq - Azərbaycan

5 iyul

Azərbaycan - İrlandiya

Qeyd edək ki, qruplarda komandalar dairəvi sistemlə (hər biri bir-biri ilə) ev və səfər formatında qarşılaşacaqlar. A qrupunda hər komanda 6 oyun, B və C qruplarında isə hər komanda 4 oyun keçirəcək. Hər qrupun qalibi (1-ci yeri tutan komanda) birbaşa növbəti mərhələyə yüksəlir.

Ən yaxşı ikinci yerlərdən biri də əlavə olaraq irəliləyə bilər (FIBA-nın ümumi reqlamentinə görə, qrupların balansı üçün). A qrupunda 4 komanda olduğuna görə, ən yaxşı qrup ikincisi uğrunda mübarizədə sonuncu pilləni tutmuş komanda ilə oyunların nəticələri hesablanmayacaq