EN

"Ölümünə döyüş": Miley umduğunu bulmadı - Oktyabrda onu nə gözləyir?

Argentinalılar qalmaqallı Xavyer Miley hakimiyyətinə seçki zərbəsi vurublar. Cənubi Amerika ölkəsinin prezidenti seçicilərin 40%-nin iştirak etdiyi Buenos-Ayres əyalət seçkilərini “ölümünə döyüş” adlandırsa da, səslərin cəmi 34%-ni qazanıb.

Publika.az "The Guardian"a istinadən xəbər verir ki, Argentina prezidenti Xavyer Miley administrasiyası korrupsiya qalmaqalı və iqtisadi inkişafın ləngiməsi əlamətləri ilə üzləşdiyi üçün vəzifəyə gəldikdən sonra ən pis seçki məğlubiyyətini yaşayıb.

Bazar günü ölkə seçicilərinin təxminən 40 faizinin yaşadığı Buenos-Ayres əyalətində keçirilən yerli qanunvericilik seçkilərində koalisiya müxalifətə 47 faizə qarşı 34 faizlə məğlub olub.

Təhlilçilər bildirirlər ki, iqtisadi böhranla bağlı ictimai qəzəbdən əlavə, Miley bu yaxınlarda prezidentin nüfuzlu bacısı Karinanın da iştirak etdiyi iddia edilən korrupsiya sxeminin üzə çıxmasından ağır zərbə alıb.

"Bu, hələ Miley hökuməti üçün ən pis an deyil, lakin onun ən pis dövrünün başlanğıcıdır" deyən sosioloq Xuan Qabriel Tokatlian qeyd edib ki, oktyabrın 26-da prezidenti daha çətin vəzifə gözləyir. Belə ki, aralıq seçkilərində o, aşağı palatanın yarısını və Senatın üçdə birini yeniləməli olacaq.

Chosen
120
publika.az

1Sources