EN

“Gimnastika hamı üçün” Tallində (FOTO)

Bakı. Trend:

5-7 sentyabr tarixlərində Estoniyanın paytaxtı Tallin şəhərində“Gimnastika hamı üçün” növü üzrə Avropa Gimnastikasının ənənəvitədbiri – “4th Educational Long Weekend” keçirilib. Tədbirdə 15ölkədən 33 iştirakçı yer alıb. Ölkəmizi “Gimnastika hamı üçün” növüüzrə məşqçilər Ayna Məmmədova və Alfiya Mantova təmsil ediblər.

Gimnastika Federasiyasından Trend-ə verilən məlumata grə,təlimlər zamanımüxtəlif Avropa ölkələrindən olan mütəxəssislər “Gimnastika hamıüçün” istiqamətində təcrübə mübadiləsi aparıb, seminar və praktikiməşğələlərdə iştirak ediblər. İştirakçılara bu sahədə yenimetodlar, inklüziv yanaşmalar, həmçinin kütləvi gimnastikanıninkişafı üçün tətbiq edilə biləcək nümunəvi proqramlar təqdimolunub.

Tədbir çərçivəsində nümayəndələr beynəlxalq əməkdaşlığıngücləndirilməsi, eləcə də gimnastikanın sağlam həyat tərzi və genişkütlələr arasında populyarlaşdırılması ilə bağlı müzakirələraparıblar.

Azərbaycan nümayəndə heyəti də həm nəzəri, həm də praktikisessiyalarda fəal iştirak edərək təcrübələrini bölüşüb.

Qeyd edək ki, tədbirdə Avropa Gimnastikasının TexnikiKomitəsinin üzvü, Avropadakı milli nümayəndəmiz Ruslan Eyvazov daiştirak edib.

“Gimnastika
“Gimnastika
“Gimnastika
“Gimnastika
“Gimnastika
“Gimnastika
“Gimnastika
“Gimnastika
Məqalədə:
Chosen
58
2
az.trend.az

2Sources