EN

Çinin iqtisadi əlaqələrində Azərbaycan praktiki əməkdaşlığın mühüm hissəsi olub - Səfir

Bakı. Trend:

Həmişə Çinin iqtisadi əlaqələrində Azərbaycan praktikiəməkdaşlığın mühüm hissəsi olub.

Trend xəbərverir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey Avropa DəmiryolEkspres marşrutunun 5 illiyi və Trans-Xəzər Beynəlxalq NəqliyyatMarşrutundan keçən 237-ci qatarın (Yivu – Bakı) qarşılanma mərasimiçərçivəsində keçirilən tədbirdə deyib.

O, əvvəlcə qatarın qəbulu mərasimində iştirak edən çinli vəxarici qonaqlara səmimi qəlbdən təşəkkürünü bildirib və qatarınBakıya çatması münasibətilə təbrik edib.

Səfir daha sonra vurğulayıb ki, Çin-Avropa Dəmiryolu Ekspresi"Bir kəmər, bir yol" təşəbbüsünün qabaqcıl layihəsi və simvolikbrendidir:

"O, ümumilikdə 110 mindən çox qatarı qatarı idarə edərəktədricən hamar, səmərəli, çoxistiqamətli və qurudan dənizləbir-birinə bağlı olan xarici kanallar şəbəkəsi qurur. Çin xaricidünyaya yüksək səviyyəli açılışının genişlənməsini effektiv şəkildətəşviq edir, marşrut boyunca ölkələrin rifahını yüksəldir, sabitlikvə tədarük zəncirinin firavanlığını təmin edir.

Bu ilin iyun ayında Çjetszyan yeni logistika kanalı açılıb.Gündəlik tələbat malları, geyim, avadanlıq, aksesuarlar və digərməhsullar olan 100 standart konteynerlə yüklənmiş qatar Çjetszyanəyalətindən yola düşdü və dəmir yolu, dəniz, multimodal nəqliyyatrejimi ilə Xəzər dənizindən birbaşa Bakıya keçdi. Bu, marşrutboyunca ölkələr arasında ticarət mübadiləsinin təşviqinə, regionaliqtisadi inkişafın təşviqinə təkan verdi".

L.Mey vurğulayıb ki, Azərbaycan son illərdə Trans-XəzərBeynəlxalq Nəqliyyat dəhlizinin inkişafına təkan vermək üçün özcoğrafi üstünlüklərindən tam istifadə edir: "Həmişə Çinin iqtisadiəlaqələrində Azərbaycan praktiki əməkdaşlığın mühüm hissəsi olub.Bu ilin yanvar-iyun aylarında Çin-Azərbaycan 225 yük qatarıistismar edib ki, bu da ötən ilin eyni dövründəki göstərici iləmüaqayisədə iki dəfə çoxdur".

"İki ölkənin birgə səyləri ilə Çin-Avropa Dəmiryolu Ekspresidaha yüksək keyfiyyət, daha yaxşı səmərəlilik və daha çoxtəhlükəsizliyə doğru inkişaf edəcək", - deyə səfir fikriniyekunlaşdırıb.

Chosen
20
az.trend.az

1Sources