Bu gün 2026-cı il dünya çempionatının seçmə mərhələsinin qrup mərhələsinin ikinci turu çərçivəsində Azərbaycan və Ukrayna yığmaları arasında oyun keçiriləcək.
Sportinfo.az xəbər verir ki, D qrupunda yer alan bu komandalar Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcəklər.
Oyun yerli vaxtla saat 20:00-da başlanacaq.
Azərbaycan millisi oyuna mavi, Ukrayna komandası isə sarı formada çıxacaq.