EN

Zidan "Fənərbağça" təklifini rədd etdi

 "Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidan "Fənərbağça"nı çalışdırmaq niyyətində deyil.

Missiya.Az Oxu.Az-a istinadən xəbər verir ki, fransalı mütəxəssis əsas hədəfini Fransa millisinə rəhbərlik etməkdə görür.

Daha öncə tərəflər arasında danışıqlar baş tutsa da, Zidan təklifi qəbul etməyəcəyini bildirib.

Qeyd edək ki, Joze Mourinyo Çempionlar Liqasının pley-offunda "Benfika"ya məğlubiyyətdən sonra istefaya göndərilib.

Chosen
26
missiya.az

1Sources